“Qarabağ məsələsinin həll olunması beynəlxalq ictimaiyyət üçün arzuolunandır, amma inanın ki, beynəlxalq ictimaiyyət onun necə həll ediləcəyi ilə o qədər də maraqlanmır. Problemi həll etməyin ən asan yoluna əl atırlar”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan deyib.

“Bu gün Nikol Paşinyan beynəlxalq ictimaiyyətə Qarabağı Azərbaycana qaytarmağın ən asan yolunu göstərir. Təbii ki, beynəlxalq ictimaiyyət Paşinyanın bu qənaətə gəlməsinə dəstək verəcək. Hazırda Ermənistanın səlahiyyətli nümayəndələri hesab edirlər ki, beynəlxalq ictimaiyyətin mövqeyində kəskin dəyişiklik olacaq. Əslində, erməni tərəfi beynəlxalq ictimaiyyət qarşısında mübaliğəsiz, inandırıcı, məntiqli bir fikir formalaşdırsa, danışıqların bütün mahiyyəti və məzmunu dəyişəcək”, – Oskanyan deyib.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: