Xankəndidən gələn zənglər cavabsız qalır

Xankəndidən gələn zənglər cavabsız qalır

“Ermənistanın rəsmi şəxsləri artıq Qarabağdan olan “həmkarlarının” zənglərinə cavab vermirlər”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Etk” nəşrinin baş redaktoru Edik Baqdasaryan danışıb.

“Mən Qarabağın iki “rəsmisi” ilə danışdım. Onlar dərman və ərzağın bitməsinə görə deyil, erməni rəsmilərin onların zənglərinə cavab verməməsinə görə çox məyus idilər. Əvvəllər bütün qurumların bir-biri ilə sıx əlaqələri vardı, indi isə zənglərə belə baxmırlar”, – o bildirib.