zibil 4

Sabirabad rayonu ərazisində sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Globalinfo.az-a verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər zamanı rayon ərazisində yerləşən müxtəlif küçə və prospektlərdə, eləcə də yaşayış binalarının ətraflarında sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.

İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) tələblərini pozduqlarına görə rayon bələdiyyəsinin sədri, mənzil istismar idarəsinin və sanitar təmizlik idarəsinin rəhbərlikləri barəsində RPŞ-nin İctimai Təhlükəsizlik Bölməsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb və aidiyyəti üzrə 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

061d4990 573e 4ba0 953f 5d14f445bb57 93a30c12 e33f 4ac4 b6cb 184bb5f237fb 1da0f843 57df 4cc8 8627 627c48cffcbd e47713a1 62c4 429a add6 f09d305bf1f2 c77ffe9d 9a4c 433e b099 2ef768403c4b d6e920c9 9fb6 4e3a b12b 32ee15c818d8 3da19eb2 e3e9 4949 ba74 6566bd0abc72

Paylaş: