Azərbaycan və Ermənistan xarici işlər nazirləri – Ceyhun Bayramov və Ararat Mirzoyan arasında ikitərəfli görüş başlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) tviterdə məlumat yayıb.
Görüş ABŞ-ın Arlinqton şəhərində keçirilir.
HAPPENING NOW: The meeting between the Foreign Minister of #Azerbaijan @Bayramov_Jeyhun & the Foreign Minister of Armenia @AraratMirzoyan has just kicked off in Arlington.
Draft bilateral Agreement on Peace and Establishment of Interstate Relations between 🇦🇿🇦🇲 is on the agenda. pic.twitter.com/J01F1QvzhE
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) June 27, 2023
***
Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ikitərəfli görüş başlayır.
Globalinfo.az xəbər verir ki, görüşVirciniya ştatının Arlinqton şəhərində, Corc P. Shultz Milli Xarici Əlaqələr Tədris Mərkəzində baş tutacaq.
Görüşdə sülh sazişi layihəsi müzakirə ediləcək.
Qeyd edək ki, bu gün ABŞ-da Azərbaycan, Ermənistan xarici işlər nazirləri və ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə üçtərəfli görüş olub.
Entoni Blinken bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan XİN başçısı Ararat Mirzoyanla ikitərəfli görüşlər keçirib.