Rafael Ağayevdən növbəti qələbə – FOTOLAR

Rafael Ağayevdən növbəti qələbə - FOTOLAR

Azərbaycanın karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayev peşəkarların mübarizə apardığı “Karate Combat” turnirində növbəti döyüşünü keçirib.

Globalinfo.az xəbər verir ki, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı ABŞ-dan olan Coş Kuayhagenlə qarşılaşıb.

Florida ştatının Mayami şəhərində baş tutan döyüş Ağayevin qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Rafael Ağayev “Karate Combat” turnirində 2018-ci ildə debüt edib.

Rafael Ağayevdən növbəti qələbə - FOTOLAR Rafael Ağayevdən növbəti qələbə - FOTOLAR