“Rusiya Kaxovka su elektrik stansiyasına (SES) hücumda iştirakına dair iddiaları qəti şəkildə rədd edir”.
Globalinfo.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
O bildirib ki, Kaxovka SES-də Ukrayna tərəfi qəsdən təxribat törədib.
Qeyd edək ki, bir qədər əvvəl Ukraynada Kaxovka su elektrik stansiyasının (SES) bəndi məhv edilib. Hücumun Rusiya tərəfindən təşkil edildiyi iddia edilir.
Tamerlan Yayaqan
Globalinfo.az