1621 tur picture 20220811 28623754 28623753

Türkiyə Müdafiə Nazirliyi ölkənin xüsusi təyinatlılardan ibarət batalyonunu Kosovoda yerləşdirməyə başladığını açıqlayıb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə nazirliyin tviter səhifəsində məlumat yerləşdirilib.

Qeyd olunub ki, hərbçilər NATO-nun müraciəti əsasında göndərilib.

“Baş verən hadisələrdən sonra bölgədə yerləşən 65-ci motoatıcı briqadamızın xüsusi təyinatlı batalyonu Kosovoya yerləşdirilməyə başlayıb”, – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə Müdafiə Nazirliyi Ankaranın NATO-nun tələbi ilə Kosovoya xüsusi təyinatlılardan ibarət batalyon göndərəcəyi barədə məlumat yaymışdı.

Paylaş: