“Millət İttifaqı” fəaliyyətini dayandırdı

“28 Mayda seçki prosesinin başa çatmasından sonra “Millət İttifaqı” da bitdi”.

Globalinfo.az xəbər verir ki, bunu İYİ Partiyasının rəsmisi Uğur Poyraz deyib.

“Bütün ittifaqlar seçki prosesi üçün qurulur, proses başa çatdıqdan sonra da fəaliyyətini yekunlaşdırır. Yəni seçkilər başa çatdı, “Millət İttifaqı” dağıldı. İttifaqa daxil olan partiyalar seçkilərin ikinci turunda ortaq namizəd Kamal Kılıçdaroğlu üçün mübarizə aparırdılar. Amma proses artıq yekunlaşıb”, – U.Poyraz bildirib.

Qeyd edək ki, sözügedən ittifaqa Səadət Partiyası, DEVA Partiyası, Gələcək Partiyası, Cümhuriyyət Xalq Partiyası (CHP), İYİ Partiyası daxil idi.

Ayşən Mustafa
Globalinfo.az