64763a9d90d0e64763a9d90d0f168546985364763a9d90d0c64763a9d90d0d

30 may tarixində UNESCO-nun mənzil-qərargahında “Mədəni dəyərlərin qanunsuz olaraq ölkəyə gətirilməsi, ölkədən çıxarılması və mülkiyyət hüququnun qanunsuz olaraq başqasına verilməsinin qadağan olunması və qarşısının alınmasına yönəldilmiş tədbirlər haqqında” 1970-ci il Konvensiyasına tərəf ölkələrin 7-ci sessiyası öz işinə başlayıb.

XİN-dən Globalinfo.az-a a bildirilib ki, sessiya zamanı, Konvensiyanın Yardımçı Komitəsinə İkinci Seçki Qrupundan (Şərqi Avropa və Mərkəzi Asiya) olduqca rəqabətli şəraitdə keçirilmiş seçkilər çərçivəsində Azərbaycan ən yüksək səs toplayaraq Konvensiyanın Yardımçı Komitəsinə üzv seçilib.

Seçkilərdə 1970-ci il Konvensiyasına tərəf 125 ölkə iştirak edib və onlardan 112 dövlət Azərbaycanın lehinə səs verib.

64763a9d8e06f64763a9d8e070168546985364763a9d8e06d64763a9d8e06e 64763a9d8620364763a9d86204168546985364763a9d8620164763a9d86202

Paylaş: