kartof

Cəlilabad rayonunda kartofun qiyməti kəskin şəkildə ucuzlaşıb.

Globalinfo.az xəbər verir ki, barədə “Report”a bir qrup fermer məlumat verib.

Onların sözlərinə görə, əvvəllər qiymətlər daxili və xarici bazarlara uyğun tənzimlənsə də, son günlər məhsulun qiyməti xeyli aşağı düşüb.

Qeyd olunub ki, bir neçə həftə əvvəl 0,6-1 manata satılan kartofun indiki qiyməti 0,2-0,25 manat civarındadır.

Sahibkarlar məhsulun bu qiymətə satışının yetişdirilənədək sərf olunan xərcləri ödəmədiyini söyləyiblər.

Amma onlar kartofun xarab olmaması üçün satmağa məcbur olduqlarını bildiriblər.

Qeyd edək ki, Cəlilabadda yetişdirilən kartof məhsulu daha çox Rusiya bazarlarına ixrac olunur.

abac42b8 ded9 33d9 8cf3 63b2a5abab5a 321 1  IMG 20230529 WA0045  9e03820f 0529 3b1a 88c3 d99a059ca892 321

Paylaş: