BQXK Armenia

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Laçın yolu boyunca fəaliyyətini dayandırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

BQXK-nın Ermənistan nümayəndəliyinin rəhbəri Zara Amatuni məsələ ilə bağlı müəyyən prosedurların aydınlaşdırılmalı olduğunu söyləyib:

“Fəaliyyəti özümüz dayandırdıq. Prosesin bərpası üçün bəzi prosedurlar dəqiqləşdirilməlidir. Bu istiqamətdə səlahiyyətli şəxslərlə dialoqlar aparılır”.

Ayşən Mustafa
Globalinfo.az

Paylaş: