antony blinken 120621

ABŞ Konqresinin Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin sədri Maykl Makkol dövlət katibi Entoni Blinkeni Konqresə qarşı hörmətsiz münasibətə görə məsuliyyətə cəlb etməklə hədələyib.

Globalinfo.az xəbər verir ki, bu barədə CNN Makkalın Blinkenə məktubuna istinadən məlumat yayıb.

Konqresmen iddia edir ki, o, qoşunların Əfqanıstandan çıxarılması ilə bağlı sənədləri  Xarici Əlaqələr Komitəsinə tam şəkildə təqdim etməyib.

Telekanalın məlumatına görə, Blinken məktubun tam mətnini verməkdən imtina edib.

Qeyd olunur ki, Konqresə hörmətsizliyə görə Blinken 100 min dollara qədər cərimə və ya bir ilədək həbs cəzası ala bilər.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: