Rusiya Mərkəzi Asiyadan olan miqrantları aktiv şəkildə müharibəyə cəlb edir.
Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı Britaniya kəşfiyyatı yayıb.
Məlumata görə, Rusiyanın təsir agentləri məscidləri, miqrasiya xidmətlərini məhz Ukraynaya əsgər toplamaq üçün ziyarət edirlər. Miqrasiya xidmətlərində tacik və özbək dilində danışan şəxslər miqrantları təsir dairəsinə salmağa çalışırlar. Onlara həmçinin Rusiya vətəndaşlığını altı ay ərzində alacaqları vədi də verilir.
London bu addımın Rusiyanın Ukraynaya qarşı hazırladığı 400-500 minlik ordu üçün atıldığını bildirib.
Bununla yanaşı, miqrantlara ayda 4160 dollar maaş vədinin verildiyi vurğulanıb.
İlkin Həsənov
Globalinfo.az














