Moldovanın paytaxtı Kişinyovda Azərbaycan və Ermənistan liderləri arasında görüş keçirilə bilər.
Globalinfo.az xəbər verir ki, bu iddia ilə Fransanın xarici işlər naziri Ketrin Kolonna çıxış edib.
“Ola bilsin, Avropa Siyasi Birliyinin Kişinyovda keçirilməsi planlaşdırılan sammitində tərəflər arasında görüş keçirilsin”, – o bildirib.
Hələ ki, sözügedən iddia ilə bağlı rəsmi açıqlama yoxdur.
Ayşən Mustafa
Globalinfo.az














