VACİB XƏBƏRLƏR

BMT ABŞ-a nota verdi

Dünya

1672432314 1672432019 bmt

Birləşmiş Millətlər Təşkilatı ABŞ-a nota verib.

Globalinfo.az xəbər verir ki, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik məlumat verib.

Buna səbəb təşkilatın Baş katibi Antonio Quterreşin telefonlarının ABŞ tərəfindən dinlənilməsidir.

BMT bununla bağlı ABŞ-a rəsmi narahatlığını bildirib.

“Baş katib və digər yüksək vəzifəli BMT rəsmilərinin danışıqlarının ABŞ hakimiyyəti tərəfindən dinlənilməsi ilə bağlı rəsmi şəkildə narahatlığımızı bildirdik. Bu, BMT-nin İmtiyaz və İmmunitetləri haqqında Konvensiyasında qeyd olunan öhdəliklərinə uyğun gəlmir”, – deyə BMT rəsmisi vurğulayıb.

Paylaş:

Ən çox oxunan xəbərlər

Rubrika

Bizi izləyin

Xəbər axtarın
Axtarış