deniz qayiq 1432

Alimlər uzunluğu cəmi 10-20 santimetr olan, lakin özündən 10 dəfə ağır ovu uda bilən qara canlıudanı (Chiasmodon niger) müşahidə ediblər.

Globalinfo.az xəbər verir ki, bu barədə “ScienceAlert” nəşri yazıb.

Trinidad və Tobaqo sahillərində keçirilən dərin dəniz ekspedisiyası zamanı uzaqdan idarə olunan sualtı aparat 1259 metr dərinlikdə qara canlıudanı qeydə alıb. Balığın qarnı o qədər şişmişdi ki, demək olar, şəffaf görünürdü.

Ekspedisiyanın baş elmi əməkdaşı Diva Amon bildirib ki, bu balığı təbii mühitində müşahidə etmək olduqca nadir hadisədir.

Onun sözlərinə görə, qara canlıudanının çənəsi geniş açıla, mədəsi isə hava şarı kimi genişlənə bilir. Bu xüsusiyyətlər ona özündən böyük ovları bütöv şəkildə udmağa imkan verir.

WhatsApp Image 2026 10 13 at 10.53.43 WhatsApp Image 2026 10 13 at 11.11.33

Leyla Əlisoy
Globalinfo.az

Paylaş: