IMG 2232
Screenshot

ABŞ-da yaşayan bir qrup iranlı San-Xose şəhərində İran hakimiyyətinə qarşı etiraz aksiyası keçirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “İran İnternational” məlumat yayıb.

Göndərilən görüntülərdə aksiya iştirakçılarının şəhərin küçələrində avtomobillərdən ibarət karvan təşkil etdiyi görünür.

Məlumata görə, aksiya şənbə günü, sentyabrın 29-da Kaliforniyanın San-Xose şəhərində baş tutub. Etirazçılar avtomobillərlə şəhər ərazisində hərəkət edərək əllərində Şir və Günəş simvolları olan İran bayraqlarını tutublar.

Aksiyanın əsas məqsədinin İran İslam Respublikasına qarşı etirazı nümayiş etdirmək olduğu bildirilir.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: