IMG 2077

Rusiyanın Elbrus bölgəsində turistləri daşıyan avtomobillərlə silahlı şəxslər arasında insident baş verib.

Globalinfo.az xəbər verir ki, REN TV-nin məlumatına görə, təxminən 10 avtomobildən ibarət kortej magistral yolda turistlərin olduğu nəqliyyat vasitələrinin qarşısını kəsib.

Şahidlərdən birinin sözlərinə görə, silahlı şəxslər bələdçilərə və turistlərə silah nümayiş etdirərək hədə-qorxu gəliblər. Onlar özlərini “şəxsi təhlükəsizlik işçiləri” kimi təqdim edib və rəhbərlərinin avtomobillərdən birində olduğunu bildiriblər.

Hadisənin səbəbləri və digər təfərrüatlar araşdırılır.

Paylaş: