WhatsApp Image 2026 08 13 at 11.32.57

İspaniyanın “Malaqa” və İngiltərənin “Fulhem” klubları arasında arasında keçirilən yoldaşlıq görüşü maraqlı hadisə ilə yadda qalıb.

Globalinfo.az xəbər verir ki, 2:2 hesabı ilə başa çatan matçın sonlarına yaxın “Fulhem”ın baş məşqçisi Alvaro Arbeloa bir epizoda etiraz etdiyi üçün qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

Bundan sonra İngiltərə təmsilçisi penaltilər seriyasında iştirak etməyib. Nəticədə “Malaqa”nın futbolçusu boş qapıya penalti zərbəsi vuraraq qolu qeyd edib.

“Malaqa” klubundan bildirilib ki, müqavilədə penaltilər seriyasının keçirilməsi nəzərdə tutulmamışdı:

“Penaltilər seriyası keçirilsəydi, “Fulhem” təyyarəsini qaçıracaqdı”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: