Armenian Women Soldiers 1280x720 1

Ermənistan Silahlı Qüvvələrinin qadın batalyonu ilk dəfə İrəvanda keçirilən hərbi paradda iştirak edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Paradda hərbi hissələr İrəvanın Respublika Meydanından keçid ediblər.

Qeyd edək ki, Ermənistan hakimiyyəti qadın batalyonunun yaradılması təşəbbüsünü ilk dəfə 2020-ci ildə Qarabağda baş verən döyüşlərdən sonra gündəmə gətirmişdi. Həmin dövrdə könüllü qadın dəstələrinin formalaşdırıldığı açıqlanmışdı.

ermeni qadin esger

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: