Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 5-ci günü davam edir. Ölkəmizə 182 ölkədən gələn qonaqlar arasında Ekvador təmsilçiləri də var.
Globalinfo.az-a danışan Ekvadorun paytaxtı Kito şəhərinin sabiq meri, Pensilvaniya Universitetinin professoru Maurisio Rodas Azərbaycana ilk dəfə gəldiyini bildirib:
“Forumun sonunadək burada qalacağam. Açığı, bu gözəl şəhərdə keçirdiyim vaxtdan böyük zövq alıram. Şəhərin urban inkişaf baxımından planlaşdırılması məni xüsusilə təsirləndirib. Həm infrastruktur, həm də xidmətlər olduqca yüksək keyfiyyətlidir. İnsanların qonaqpərvərliyi isə möhtəşəmdir. Buna görə burada keçirdiyim vaxtdan həqiqətən zövq alıram.
Dünya Şəhərsalma Forumu da yüksək səviyyədə təşkil olunub. Görünür ki, bu tədbirin böyük uğura çevrilməsi üçün ciddi əmək və zəhmət sərf edilib. Buna görə burada olmaqdan, Bakının və Azərbaycanın gözəlliklərini görməkdən çox məmnunuq”.
Müxbir: Zaira Akifqızı
Tərcümə: Ayan Abbaslı
Globalinfo.az