WhatsApp Image 2026 05 06 at 12.55.56 1

“Mən Təbiət Elmləri Təmayüllü Gimnaziyadan Türkiyə-Azərbaycan Universitetinə (TAU) qəbul olunmuşam. Burada aldığım təhsili Azərbaycanın heç bir universitetində ala biləcəyimi düşünmürəm. Türkiyə-Azərbaycan Universitetinə qəbul olmaq həyatımın ən doğru qərarlarından biri oldu”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Türkiyə-Azərbaycan Universitetinə  ən yüksək balla qəbul olunmuş Aytac Hüseynli deyib.

O bildirib ki, 685 balla kompüter mühəndisliyi ixtisasına qəbul olub:

“Seçim zamanı bir neçə universitet arasında qalmışdım, amma fikrim dəqiq deyildi. Türkiyə-Azərbaycan Universiteti ilə bağlı xəbərlər çıxdığı ilk andan etibarən izləyirdim. İyun aylarında ixtisaslar dəqiqləşdikdən sonra TAU-ya qəbul oldum. Buranı seçməyim həyatımda verdiyim ən doğru qərarlardan biridir və buna görə peşman deyiləm”.

A.Hüseynli buradakı təhsilin keyfiyyətini Azərbaycanın hər hansı universitetində ala biləcəyini düşünmədiyini qeyd edib:

“Tədrisin ingilis dilində aparılması, ikili diplom proqramı və müəllimlərin yüksək təcrübəsi seçimimin nə qədər doğru olduğunu bir daha təsdiqləyir”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: