salman tramp

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ABŞ Prezidenti Donald Trampla telefonla danışıb.

Globalinfo.az xəbər verir ki, telefon danışığı zamanı Məhəmməd bin Salman iki ölkə arasında ticarəti artıracağını bildirib. O, yaxın 4 ildə ABŞ-la ticarəti 600 milyard dollara çatdıracağını söyləyib.

Tərəflər həmçinin Yaxın Şərqdəki təhlükəsizlik və stabillik məsələlərini də müzakirə ediblər.

Qeyd edək ki, Tramp administrasiyasının nümayəndələri bundan öncə Yaxın Şərqdə İbrahim müqaviləsini yeniləyəcəklərini bildiriblər. Onlar həmçinin Səudiyyə Ərəbistanını da bu müqaviləyə daxil etmək niyyətində olduqlarını söyləyiblər.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: