Erməni generala cinayət işi açıldı

Erməni generala cinayət işi açıldı

Ermənistan Baş Prokurorluğu Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant Aykaz Baqmanyana qarşı yeni iş açıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

General 600 min dollar məbləğində çirkli pulun yuyulmasında ittiham olunur.

Xatırladaq ki, Baqmanyan eyni zamanda 2018-ci ilin martından 2020-ci ilin dekabrına kimi KTMT-nin birgə qərargahının rəis müavini olub.