Rusiyada erməni bloger axtarışa verilib.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya DİN saytında məlumat yerləşdirilib.
Belə ki, erməni jurnalist, videobloger Karen Şainyanın hansı maddə ilə axtarışa verildiyi açıqlanmır.
Onun adı iyul ayında xarici agentlərin siyahısına daxil edilib.
Sözügedən videobloger “Kommersant denqi” nəşrində çalışıb, “Slon” jurnalında baş redaktorun köməkçisi olub.