media 6

Bir qədər əvvəl Ukraynanın Xerson vilayətində Rusiya hərbçiləri içərisində iki azərbaycanlının olduğu yük maşınının üzərindən tankla keçiblər. Hadisə zamanı hər iki həmvətənimiz həlak olub.

Məsələ ilə bağlı Globalinfo.az Xarici İşlər Nazirliyinə (XİN) sorğu ünvanlayıb.

XİN-dən belə bir məlumatın olduğu bildirilib:

“Hazırda səfirlik tərəfindən müvafiq işlər aparılır”.

Qeyd edək ki, Zərdab rayonunun Məmmədqasımlı kəndinin 2 sakini Əzizov Orxan Mahir oğlu və Qədirov Ramiz Abuzər oğlu rus hərbçilər tərəfindən avtomobillərində qətlə yetiriliblər. Belə ki, ruslar onların meyvə maşınının üstündən tank sürərək keçiblər. Orxanla Ramizin meyvə-tərəvəz gətirmək üçün yola çıxdıqları deyilir. Hər ikisinin azyaşlı övladlarının olduğu bildirilir.

Allah rəhmət eləsin!

1692084461 fb img 1692084169752

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: