Bu gün küçəyə çıxacaq insanların nəzərinə – DİQQƏT

Bu gün müşahidə olunan tibbi-meteoroloji proqnoz açıqlanıb.

Bu barədə Globalinfo.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, Abşeron yarımadasında atmosfer təzyiqinin yüksəlməsi fonunda xəzri küləyinin güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.