Lavrovla Çavuşoğlunun görüşü başladı

 

Ankarada Türkiyə və Rusiya xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Sergey Lavrov arasında görüş başlayıb.

Globalinfo.az xəbər verir ki, görüşdə ikitərəfli münasibətləri, Suriya, Ukrayna və Cənubi Qafqazdakı vəziyyət, eləcə də regional məsələlər müzakirə edilir.

Görüş zamanı Qarabağ məsələsinin müzakirə olunacağı da ehtimal edilir.

Görüşdən sonra nazirlərin mətbuat konfransı keçiriləcək.