zelenski yeni

Rusiya Dövlət Dumasına keçiriləcək seçkilərə qədər səfərbərlik məsələsində daha ehtiyatlı mövqe sərgiləyə, seçkilər başa çatdıqdan sonra isə siyasəti dəyişə bilər”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Onun sözlərinə görə, Moskva hazırda cəmiyyətdə gərginliyin artmaması üçün yeni səfərbərlik barədə açıq mesajlar verməkdən çəkinə bilər:

“Seçki prosesi başa çatana qədər hakimiyyətin əsas məqsədi əhali arasında narahatlıq yaratmamaqdır”.

Zelenski mümkün səfərbərlik çərçivəsində təxminən 300 min nəfərin orduya çağırıla biləcəyini iddia edib. O, eyni zamanda Rusiyada səfərbərlik üçün zəruri infrastrukturun artıq hazır vəziyyətə gətirildiyini bildirib:

“Bunun çox baha başa gəlməsi də hamıya aydındır. Bu, Rusiya üçün yeni reallıqdır. Bunu tezliklə sizinlə birlikdə görəcəyik”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: