nura suri hd 2024

Xəbər verdiyimiz kimi, dünən müğənni Roza Zərgərli Bişkek Arenada dövlət rəsmilərinin qarşısında çıxış edib. Onun ifa etdiyi “İstədim” mahnısı cəmiyyətdə birmənalı qarşılanmayıb. Bəziləri “Prezidentlərin önündə bu mahnını ifa edib?”, “Prezidentlər bu mahnını niyə dinlədilər?” kimi fikirlər səsləndirdiyi halda, bir qisim insan da “Ən məşhur mahnısı budur”, “Xaricdə və ölkədə bu mahnısı tələb olunur, sevilir” kimi şərhlər bildiriblər. 

Globalinfo.az xəbər verir ki, müğənniyə həmkarı Nura Suri də dəstək verib.

O, sosial media hesabında sözügedən məsələ ilə bağlı paylaşım edib:

“Bizimkilər Roza Zərgərlinin ölkə xaricindəki uğurlarına biganə yanaşdıqca, o, daha da çox uğur qazanır. Bu gün Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən VI Dünya Köçəri Oyunlarının açılış mərasimində çıxış edib. Azərbaycan Prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və digər yüksək səviyyəli qonaqların qatıldığı bu mərasimdə 20-yə yaxın ölkənin liderləri iştirak edib. Amma gördüyüm qədərilə, saytlarımızdan yalnız bəziləri onun çıxışı barədə xəbər yayıb.

Başa düşə bilmirəm, necə olur ki, “TikTok”da məşhurlaşan, cəmiyyətə, dövlətə heç bir xeyri dəyməyən insanları təbliğ edirlər, amma Azərbaycan musiqisini ölkə sərhədlərindən kənarda sevdirə bilən bir sənətçinin uğurlarını eyni həvəslə işıqlandırmırlar? Səbəb nədir?”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: