pasinyan

Ermənistanın Baş naziri Nikol Paşinyanın hökumət üzvlərinə Bişkek səfəri başa çatanadək Rusiya ilə bağlı tənqidi açıqlamalardan və Kərki məsələsinin gündəmə gətirilməsindən çəkinməyi tapşırdığı iddia olunur.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Qeyd olunub ki, Paşinyan komanda üzvlərinə səfəri müddətində hər hansı əlavə siyasi təşəbbüslə çıxış etməmələri barədə xəbərdarlıq edib.

“Gəlib yekun nəticəni deyəcəm, sonra həll edərik. Mən Bişkekdə olanda burada özünüzdən oyun çıxarmayın. İki günlük taym-aut”, – Paşiyanın bildirdiyi iddia edilir.

Hazırda Paşinyan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) toplantısında iştirak etmək üçün Qırğızıstanın paytaxtı Bişkekdədir.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: