Yoluxanların və peyvənd olunanların sayı açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 97 yeni yoluxma faktı qeydə alınıb, 2 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 829 591 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 819 117 nəfər müalicə olunaraq sağalıb, 10 178 nəfər vəfat edib, aktiv xəstə sayı 296 nəfərdir.

Ölkədə son sutka ərzində 1 432, hazırkı dövrədək isə 7 556 844 test aparılıb.

Azərbaycanda daha 97 nəfər COVID-19-a yoluxub, 3 nəfər vəfat edib

X X X

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 246 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 146, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 50, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 38, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 12 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 953 878, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 406 131, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 879 951, üç və daha çox doza vaksin vurduranların sayı 3 401 883, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 913 təşkil edir.

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb