Moskva Britaniyanın Ukraynaya verdiyi “Storm Shadow” qanadlı raketlərindən istifadəyə sərt cavab verilə biləcəyini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, Ukraynanın sözügedən raketlərdən istifadəsi halında Rusiya həm Ukrayna ərazisində, həm də ondan kənarda yerləşən Britaniya hərbi obyektlərini hədəfə ala bilər.
“Storm Shadow” raketlərinin istifadəsinə cavab olaraq istənilən Britaniya hərbi hədəfinə zərbə endirilə biləcəyini deyən Zaxarova Londonun siyasətini də kəskin tənqid edib:
“Britaniya hökumətinin bütün addımları ölkəmizə strateji məğlubiyyət yaşatmaq kimi vahid məqsədə yönəlib. Bu isə uğursuzluğa məhkumdur”.
Safura Bənnayeva
Globalinfo.az