1761476862 1726653830 peskov 1758547922 900x506 1

Rusiya Ukraynada hərbi eskalasiyanın daha da artırılmasına ehtiyac görmür”.

Globalinfo.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Peskovun sözlərinə görə, Rusiya qüvvələrinin cəbhədə irəliləməsi fonunda Moskvanın əlavə hərbi eskalasiyaya getməsinə ehtiyac yoxdur.

Kremlin nümayəndəsi həmçinin Ukraynanın Rusiya infrastrukturuna endirdiyi zərbələrə toxunub. O bildirib ki, Moskva Kiyevin bu cür hücumlarına son dərəcə sərt cavab verəcək.

Qeyd edək ki, Rusiyanın payızda hərbi eskalasiyanı artırmağa hazırlaşdığına dair məlumatlar yayılmışdı. Hətta məhz bu istiqamətdə ölkədə yeni səfərlik çağırışının planlandığı da deyilirdi.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: