Putin Eliyev 11

Xəzər dənizinin Qazaxıstan hissəsində yeni adanın yaranması regionda böyük maraq doğurmaqla yanaşı, narahatlıqla qarşılanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Qazaxıstanın “Caspian Holiday” turizm şirkətinin təsisçisi Erbolat Muxaşov danışıb.

O bildirib ki, suyun səviyyəsinin düşməsi səbəbindən dənizin şimal hissəsində son illərdə bir neçə yeni ada meydana gəlib.

Məlumata görə, adalarda əsasən canavar, qaban və porsuq kimi heyvanlara rast gəlinir.

Rusiyanın “Reqnum” agentliyi yazır ki, ölkənin Elmlər Akademiyasının Okeanologiya İnstitutu da Xəzər dənizində su səviyyəsinin azalmasının sahilboyu ərazilərə təsir edir:

“Dənizin səviyyəsi xüsusilə 1990-cı illərin ortalarından etibarən aşağı düşür. Azərbaycan Prezidenti İlham ƏliyevQazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də regionun ekoloji fəlakət təhlükəsi ilə üzləşdiyini bildiriblər”.

Qeyd edək ki, 2024-cü ildə Rusiya Prezidenti Vladimir Putin Bakıya səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Xəzər dənizinə baxış keçirmişdi. Azərbaycan Prezidenti Rusiya liderinə Xəzər dənizində suyun səviyyəsinin hansı həddə aşağı düşdüyünü göstərmiş və ekoloji fəlakətin qarşısını almaqla bağlı fikirlər səsləndirmişdi.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: