
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “Boeing C-17 Globemaster III” hərbi-nəqliyyat təyyarəsi bu gün səhər Moskvanın “Vnukovo” hava limanına eniş edib.
Globalinfo.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, “Flightradar24”un uçuş məlumatlarında RCH4555 çağırış kodlu təyyarənin Riqadan havaya qalxaraq Moskva istiqamətində hərəkət etdiyi görünür.
Təyyarənin bundan əvvəl, avqustun 23-də Riqaya gəldiyi qeyd edilib. Uçuş tarixçəsində Riqadan əvvəlki istiqamət kimi ABŞ-ın Merilend ştatındakı Kemp-Sprinqs göstərilir. Bu ərazidə Endryus birgə hərbi bazası yerləşir.
C-17 Globemaster III ABŞ Hərbi Hava Qüvvələrinin ağır hərbi-nəqliyyat təyyarəsidir və əsasən şəxsi heyətin, hərbi texnikanın və yüklərin uzaq məsafələrə daşınması üçün istifadə olunur.
Təyyarənin hansı məqsədlə Moskvaya endiyi məlum deyil.
Safura Bənnayeva
Globalinfo.az