gunes 1

Günəşdə son saatlarda aktivliyin kəskin şəkildə artdığı müşahidə olunur. Alimlərin diqqətini xüsusilə Günəş diskinin mərkəzinə yaxın yerləşən 4513 nömrəli aktiv bölgə cəlb edib. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Regnum” araşdırma dərc edib.

Bildirilib ki, aktiv bölgə təxminən bir həftədir müşahidə olunur. Lakin son günlərdə onun aktivliyi xeyli zəifləmiş və bölgənin enerji ehtiyatını tükətdiyi düşünülmüşdü. Son partlayışlar isə bu qiymətləndirmənin erkən olduğunu göstərib.

Qeyd edilir ki, günəşdəki güclü plazma püskürmələri Yer kürəsi istiqamətində hərəkət edə bilər.

Hazırda Yerə birbaşa yönəlmiş tac kütlə atılması (CME) qeydə alınmayıb. Buna görə də bu mərhələdə konkret geomaqnit qasırğası proqnozu verilmir.

Bununla belə, aktiv bölgənin Günəş diskinin mərkəzinə yaxın olması alimlərin diqqətini çəkir. Gün ərzində müşahidələrin davam etdirilməsi nəticəsində aktivliyin qısamüddətli hadisə, yoxsa daha güclü partlayışlar seriyasının başlanğıcı olduğu aydınlaşa bilər.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: