Maldiv sakininin dənizdə tapdığı ağ ənbərə bənzəyən naməlum maddə böyük maraq doğurub.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Edition” nəşri məlumat yayıb.
Bildirilib ki, hadisə Uqofaaru adası yaxınlığında baş verib. Kişi təsadüfən suda naməlum kütlə görüb və onu çıxarıb.
Təxminən 9 kiloqram ağırlığında olan maddə araşdırılması üçün Şri-Lankadan olan mütəxəssislərə təqdim edilib.
Tapılan maddənin ənbər olduğu təsdiqlənərsə, 9 kiloqramlıq nümunənin bazar dəyəri təxminən 360 min dollara çata bilər.
Qeyd edək ki, ənbər mumabənzər maddədir və xüsusilə ətir sənayesində istifadə olunur. Onun qiyməti keyfiyyətindən asılı olaraq yüksək ola bilər və bəzi hallarda bir kiloqramı üçün 40 min dollara (68 min manat) qədər məbləğ təklif edilir.
Safura Bənnayeva
Globalinfo.az