90 yaşlı qadın morqda dirildi

90 yaşlı qadın meyitxanada mühafizəçi tərəfindən sağ tapılıb. Bədbəxt qadın cəsəd torbasında boğulurmuş.

Globalinfo.az lent.az-a istinadən bildirir ki, hadisə Braziliyada baş verib. Bu barədə “The Sun” yazır. Mərhumun içində olması lazım olan çantanın tərpənməyə başladığını görən tibb işçisi əvvəlcə bir az qorxub.

Xoşbəxtlikdən kişi tez bir zamanda özünü toparlaya bilib və təqaüdçünün çantadan çıxmasına kömək edib. Bundan sonra xəstə reanimasiyaya aparılıb. Nəşrin qeyd etdiyi kimi, həkimlər onu xilas edə bilməyiblər. “Dirilmə”dən cəmi iki gün sonra o, ölüb. Ölümün ikinci səbəbi septik şok olub.

Qadının yaxınları xəstəxananı məhkəməyə vermək niyyətindədir. Onlar hesab edirlər ki, həkimlər öz vəzifələrini yerinə yetirməyiblər.