90 il əvvəlki hadisə soyqırımı kimi tanındı

Avropa Parlamenti Qolodomoru Ukrayna xalqına qarşı soyqırımı kimi tanıyıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı bu gün Avropa Parlamentində qətnamə qəbul olunub.

507 parlamentari qətnamənin lehinə, 12 parlamentari isə əleyhinə səs verib.

Qeyd edək ki, Qolodomor 1932-1933-cü illərdə Sovet İttifaqı dövründə Ukraynada hökm sürən kütləvi aclıqla bağlıdır. Həmin hadisələr zamanı milyonlarla ukraynalının aclıqdan öldüyü təxmin edilir.