Ermənistanın Baş naziri Nikol Paşinyan anklav və eksklav məsələsinin həll olunmalı olduğunu bildirib.
Globalinfo.az xəbər verir ki, Paşinyan mətbuat konfransında Ermənistanın məsələnin həllində maraqlı olduğunu deyib.
“Bizim də bu məsələyə marağımız var, çünki bəzi ərazilər 1991-ci il Alma-Ata Bəyannaməsində təsbit olunmuş prinsiplərə uyğun olaraq, eksklav şəklində iki ölkənin nəzarəti altındadır. Anklav və eksklavlarla bağlı ya həmin ərazilərin hüquqi statusu saxlanılmalı, ya da tərəflər qarşılıqlı razılaşma əsasında sərhəd boyunca ekvivalent ərazi dəyişiklikləri həyata keçirməlidirlər”, – baş nazir bildirib.
Safura Bənnayeva
Globalinfo.az