
ABŞ Qüdsdə yeni səfirlik kompleksinin tikintisi üçün nəzərdə tutulan torpaq sahəsini simvolik qiymətə – cəmi 1 dollara əldə edib.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi açıqlayıb.
Diplomat bildirib ki, sözügedən ərazi milyonlarla dollar dəyərində olsa da, razılaşma nəticəsində onu bir dollara almaq mümkün olub:
“İnanıram ki, prezident bu razılaşmadan məmnun qalacaq. Səfirliyin tikintisi üçün ayrılmış çox dəyərli torpaq sahəsini cəmi 1 dollara əldə etmişəm”.
Səfir əlavə edib ki, razılaşmanın rəmzi ödənişi olan bir dollarlıq əsginası şəxsən İsrailin xarici işlər naziri Gideon Saara təqdim edib.
Safura Bənnayeva
Globalinfo.az