6a44ce22b45e46a44ce22b45e517828941146a44ce22b45e16a44ce22b45e3

Ukrayna ordusu Krım ərazisində yerləşən “Saki” hərbi aerodromuna zərbə endirib. 

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, pilotsuz uçuş aparatları aerodromda qırıcı təyyarələrin saxlandığı sığınacaqlara bir neçə dəfə dəqiq zərbə endirib:

“Hücum zamanı iki ayrı sığınacaqda Su-30 və Su-30SM tipli qırıcıların yerləşdiyi qeyd olunub. Zərbələrdən sonra Su-30SM təyyarəsinin saxlandığı anqarda yanğın baş verib. Bu isə hədəfin vurulduğu ehtimalını gücləndirən əsas göstərici kimi təqdim edilir”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: