
Rusiya Prezidenti Vladimir Putin və Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev atom elektrik stansiyasının (AES) tikintisi üzrə sənədi təsdiqləyiblər.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilir ki, imzalanan razılaşma Qazaxıstanda AES layihəsinin həyata keçirilməsi istiqamətində tərəflərin birgə fəaliyyətini nəzərdə tutur.
Bununla yanaşı, liderlər Rusiya ilə Qazaxıstan arasında münasibətləri hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəldən bəyannaməyə də imza atıblar.
Safura Bənnayeva
Globalinfo.az