
“İctimai rəyə görə, Ermənistan Moldovanın yolu ilə gedir. Başqa sözlə, Ermənistanda Moldova ssenarisi həyata keçirilir”.
Globalinfo.az xəbər verir ki, bunu erməni şərhçi Karen Akobyan deyib.
O bildirib ki, Ermənistanda “əgər hakimiyyət dəyişsə, müharibə başlayacaq” tezisinin ön plana çıxarılıb.
“Ermənistanda əsas seçki prosesi qabaqdadır. Əgər Moldova ssenarisinin Ermənistanda təkrarlanacağını düşünürsünüzsə, onda Moldova seçkilərinin bütün prosesini təhlil edin və ona qarşı tədbir görün. Biz Qərbə getməliyik, amma Moldova seçkilərinin nümunəsi ilə yox. Başqa sözlə, biz Qərbə Rusiya yolu ilə gedə bilmərik“, – Akobyan qeyd edib.
Safura Bənnayeva
Globalinfo.az