abs ukrayna

ABŞ-ın Ukraynadakı səfirliyi diplomatlarının Kiyevi tərk etməsi ilə bağlı yayılan məlumatları təkzib edib.

Səfirliyin “X” platformasında açıqlamasında deyilir ki, ABŞ-ın diplomatik nümayəndəliyi açıqdır, fəaliyyətlərində heç bir dəyişiklik yoxdur və digər bütün bu tip məlumatlar yanlışdır.

Səfirlik diplomatların fotolarını da yayıb.

6a17f86dbb95b6a17f86dbb95c17799558216a17f86dbb9586a17f86dbb95a

***

Avropa ölkələrinin diplomatik nümayəndəlikləri Kiyevdə fəaliyyətini davam etdirir.

Globalinfo.az xəbər verir ki, bu barədə Avropa İttifaqının () xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas məlumat yayıb.

Onun sözlərinə görə, Rusiya tərəfinin çağırışlarına baxmayaraq, Avropa dövlətlərinin səfirlikləri şəhəri tərk etməyib:

“Həmçinin, ABŞ nümayəndələrinin Kiyevdən ayrıldığı barədə məlumat var”.

Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixiy isə ABŞ diplomatik nümayəndəliyinin Kiyevi tərk etməsi ilə bağlı məlumatları təkzib edib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: