owl detail 620 09039a5e13e0d563e90ac2b0f6ef3d40

“Oleq Savelyev Rusiya Müdafiə Nazirinin müavini vəzifəsini tərk edib”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb. 

Bildirilib ki, onun vəzifədən ayrılması başqa işə keçməsi ilə bağlıdır.

Nəşr əlavə edib ki, daxili işlər nazirinin keçmiş müavini və polis general-polkovniki Vitali Şulika Rusiya müdafiə nazirinin müavini təyin edilib.

Qeyd edək ki, Savelyev 2024-cü il 20 may tarixindən etibarən bu postda fəaliyyət göstərirdi. Həmin vaxtdan əvvəlki müavin Yuri Sadenkonu əvəz etmişdi.

O, bundan əvvəl Rusiya İqtisadi İnkişaf nazirinin müavini vəzifəsində çalışıb, 2019-cu ildən isə Hesablama Palatasının auditoru olub. Burada müdafiə, milli təhlükəsizlik və hüquq-mühafizə sahələrinə nəzarət edib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: