rusya dmitry medvedev

“Ermənistan Baş naziri Nikol Paşinyan respublikanın Rusiya, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə münasibətlərini birbaşa təhlükə altına qoyub”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev deyib.

Medvedev Paşinyanın Moskvadan göstərilən çoxsaylı dəstək və “qardaş yardımını” düzgün qiymətləndirmədiyini söyləyib:

“Ermənistan hökumətinin başçısının hazırkı siyasi kursu Rusiya ilə əlaqələrin qırılmasına aparır və bu yanaşma Ukraynanın yolunu xatırladır. Paşinyanın rəhbərlik etdiyi Ermənistan, Avrasiya İqtisadi İttifaqına üzvlükdən ən çox fayda götürən ölkələrdən biridir. Bu gün isə o, münasibətlərimizi birbaşa təhlükə altına qoyub, sammitlərə qatılmaqdan imtina edir”.

Medvedev həmçinin qeyd edib ki, Paşinyan İrəvanda “Rusiyanın düşmənlərini” qəbul edir.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: