Tofiq zulfuqar0 900x518 1

“Yerli mediada sülhə canatma və Kremlə qarşı mübarizəsi ilə Nikolun təriflənməsini ehtiva edən materiallar yayılır”.

Globalinfo.az xəbər verir ki, bunu Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.

O qeyd edib ki, Paşinyanın Rusiyaya qarşı mübarizəsində şübhəli məqamlar var:

– Niyə Rusiya ilə ticarət dövriyyəsi və Rusiya sanksiyalarından yayınma əməliyyatlarının həcmi davamlı artır?

– Niyə 2018-ci ildən bəri Ermənistanda, Nikolun rəhbərlik etdiyi ölkədə Moskvanın mövcud olduğu geniş hərbi və təhlükəsizlik infrastrukturunun heç bir elementi aradan qaldırılmayıb?

– Niyə o, hər çıxışında Alma-Ata Bəyannaməsinin prinsiplərinə sadiqliyə and içsə də, parlamentdə onun çoxluğu olduğu halda 1991-ci il sənədini qəbul etməyən düzəlişlər hələ də ləğv edilməyib?

– Niyə Paşinyanın Moskvaya səfərindən sonra TRIPP layihəsinin icrası ilə bağlı heç bir məlumat yoxdur?

– Niyə TRIPP layihəsi çərçivəsində erməni tərəfi yalnız həmin sərhəd hissəsində demarkasiya və delimitasiyanın aparılmasını təklif edib?

– Niyə “sülh gündəliyi”ndən danışarkən Paşinyan hərbi parad keçirməyi və yeni hərbi texnikanın nümayişini planlaşdırır?

– Niyə o, seçki kampaniyası zamanı Konstitusiyanın dəyişdirilməsi ilə bağlı referendum keçirmək istədiyini heç vaxt deməyib?

Çoxlu “niyə” var, davam edə bilərəm”, – deyə qeyd edib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: