Hava hücumundan müdafiə sistemləri İranın göndərdiyi üç PUA-nı zərərsizləşdirib.
Globalinfo.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin sözçüsü general-mayor Turki Al-Maliki bildirib ki, pilotsuz aparatlar mayın 17-də İraq hava məkanından krallığın hava sərhədlərinə daxil olub və vaxtında aşkarlanaraq havada məhv edilib.
Rəsmi əlavə edib ki, ölkənin suverenliyi və vətəndaşların təhlükəsizliyinə qarşı yönələn istənilən təhdidə qarşı bütün zəruri əməliyyat tədbirləri görüləcək.
Safura Bənnayeva
Globalinfo.az